XİN rəhbəri: Qrenlandiya ABŞ-la razılığa gəlməyə ümid edir

19:00 3 Fevral 2026

Qrenlandiya ABŞ-la ortaq məxrəcə gələcəyinə ümid edir.
 
Bunu Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeldt deyib.
 
Nazir danışıqlar yolu ilə diplomatik həll üçün çalışdıqlarını bildirib.
 
"Ümid edirəm və nikbinəm ki, bizim "qırmızı xəttlərimiz”ə hörmət ediləcək və biz birlikdə ortaq bir fikrə gəlib çıxacağıq”, - Qrenlandiyanın xarici işlər naziri vurğulayıb.
 
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın ya sülh, ya da güc yolu ilə ABŞ-a birləşdiriləcəyini elan edib.



Xəbər xətti