Polşa MN-in əməkdaşı Rusiyaya casusluq ittihamı ilə saxlanılıb

19:24 3 Fevral 2026

Polşa Müdafiə Nazirliyinin əməkdaşı Rusiyaya casusluq ittihamı ilə saxlanılıb.
 
Casusluqda ittiham olunan şəxs Müdafiə Nazirliyinin Müdafiə strategiyası və planlaşdırma departamentində çalışıb.
 
Həmin şəxs Polşa Hərbi Əks-kəşfiyyatının uzunmüddətli araşdırmaları nəticəsində tutulub.
 
Məsələ ilə bağlı istintaq davam etdirilir.
 
\apa



Xəbər xətti