Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecinin direktoru vəzifəsindən azad olunub.
Sitat.info "Qaynarinfo"ya istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Namiq Çərkəz oğlu Ağamaliyev "İnşaat Kolleci" Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilib.
Qeyd olunub ki, uzun illərdir direktor vəzifəsində çalışan Namiq Ağamaliyevin əmək müqaviləsi bitib və müddəti uzadılmayıb.
Digər əmrlə Sevda Həsənova İnşaat Kollecinin direktoru təyin olunub.