Miçiqan ştatında 90 yaşlı ingilis dili müəllimi 67 illik karyerasına görə Ginnesin Rekordlar Kitabına düşüb.
Sitat.info xəbər verir ki, bu haqda UPI məlumat yayıb.
Belə ki, Beverli Hannett-Prays “Detroit Country Day School”da ingilis dilini tədris edir. Bazar ertəsi onun şərəfinə keçirilən sürpriz toplantıda dil müəllimi (qadın) kimi ən uzun karyerasına görə Ginnesin Rekordlar Kitabının sertifikatı təqdim olunub.