Paşinyan komandasının ən qatı antirusu Rusiyaya gedir

20:36 3 Fevral 2026

Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti 4 fevral tarixində Moskvaya işgüzar səfər edəcək. Səfər 7 fevrala qədər davam edəcək.
 

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bu müddət ərzində parlamentin sədr müavini Akop Arşakyan parlament sədrinin səlahiyyətlərini icra edəcək.
 
Qeyd edək ki, Alen Simonyan Paşinyanın komandasında Rusiyaya qarşı ən sərt mövqe nümayiş etdirən kadrdır.
///Bakupost.az 
 



Xəbər xətti