Mirzoyan Bakı-İrəvan sülh gündəliyini Avropa Şurası rəsmisi ilə müzakirə etdi

20:48 3 Fevral 2026

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O`Flaherti ilə görüş keçirib.

Sitat.info xəbər verir ki,  görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh gündəliyi əsas müzakirə mövzularından biri olub
Ermənistan KİV-inə istinadən bildirilib ki, tərəflər Avropa Şurası çərçivəsində əməkdaşlığın əsas prioritetlərini, Bakı ilə İrəvan arasında sülhün uzunmüddətli möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri, həmçinin humanitar məsələləri nəzərdən keçiriblər.
 

A.Mirzoyan Ermənistanın genişmiqyaslı demokratik islahatlar proqramının icrasına sadiq qaldığını qeyd edib.
 

Görüşdə eyni zamanda digər regional mövzular ətrafında da fikir mübadiləsi aparılıb.



Xəbər xətti