Avropa Birliyinin SEPAH-ı terror təşkilatları siyahısına salmasından sonra Tehranda siyasi gərginlik daha da artıb.
Sitat.info xəbər verir ki, fevralın 1-də keçirilən İran parlamentinin plenar iclası isə bu qərara sərt və simvolik reaksiya ilə yadda qalıb.
İclas zamanı parlament sədri Məhəmməd Baqir Qalibaf çıxış edərək bildirib ki, əgər Avropa Birliyi SEPAH-ı rəsmi olaraq terror təşkilatı kimi tanısa, İran da Avropa ölkələrinin ordularını terrorçu qrup hesab edəcək.
Bununla yanaşı, iclasın gedişində millət vəkilləri SEPAH-a dəstək nümayiş etdirmək üçün hərbi forma geyiniblər. Deputatların SEPAH zabitlərinin geyimində parlament zalında iştirak etməsi sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.
Səid,
Sitat.info