İsrailin Qəzza zolağına bugünkü hücumları nəticəsində 21 nəfər ölüb.
Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da ötən il oktyabrın 10-da imzalanan atəşkəsdən bəri Qəzzada İsrailin hücumları nəticəsində ölənlərin sayı 556 nəfərə çatıb.
Son hücumlar nəticəsində isə 38 nəfər xəsarət alıb. Beləliklə, atəşkəsdən sonra yaralananların sayı 1 500 nəfərə yüksəlib.
2023-cü ilin oktyabr 7-dən etibarən Qəzzada ölən fələstinlilərin sayı isə 71 800-ü ötüb, 171 600-dən çox insan xəsarət alıb.
Qeyd edək ki, ötən il oktyabrın 10-da ABŞ-ın vasitəçiliyi ilə İsrail və HAMAS arasında atəşkəs razılaşması əldə olunub.