İlham Əliyev: Əbu-Dabidəki bu mükafatlandırma mərasimi simvolikdir

18:40 4 Fevral 2026

"Düşünürəm ki, Əbu-Dabidəki bu mükafatlandırma mərasimi simvolikdir, çünki Ermənistan və Azərbaycan arasında danışıqların son mərhələsi ötən ilin iyul ayında Vaşinqtondakı tarixi sammitdən cəmi bir ay əvvəl burada baş tutmuşdu”.
 
Sitat.info xəbər verir ki, bunu Prezident İlham Əliyev Əbu-Dabidə "Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi mərasimində bildirib.
 
"Beləliklə, burada, Əbu-Dabidə, qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olması üçün yekun razılığa gəldik və sonra onu Vaşinqtonda rəsmiləşdirdik. Bir daha bu hörmətli və nüfuzlu mükafatı bizə təqdim etmək qərarını verən hər kəsə və sülhə çatmağımıza kömək edən hər kəsə minnətdarlığımı bildirmək istərdim”, - dövlət başçısı vurğulayıb.



Xəbər xətti