Gürcüstanda hakimiyyətin qanuniliyini tanımayanlar cinayət məsuliyyətinə cəlb oluna bilər

19:36 4 Fevral 2026

Gürcüstanda hakimiyyət orqanlarının legitimliyini tanımayan və analoji hərəkətlərə açıq şəkildə çağırış edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təklif olunur.
 
Bu təşəbbüslə ölkə parlamentinin Hüquqi məsələlər üzrə komitəsinin sədri Arçil Qorduladze çıxış edib.
 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze təklifi müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu vacib və vaxtında irəli sürülmüş təşəbbüsdür.
 
"Konstitusiya quruluşuna hörmət edilməlidir. Bu sahədə problemlər varsa, əlbəttə ki, onlar qanunla tənzimlənməlidir", - o əlavə edib.
 
Kobaxidze qeyd edib ki, daim sabotaj rejimində olan dövlət dinc şəraitdə inkişaf edə bilməz:
 
"Əslində hər kəs hakimiyyət orqanlarının qanuniliyini tanıyır. Sadəcə ölkədə əmin-amanlığın tam bərqərar olmasının qarşısını almaq üçün daim əks mesajlar səsləndirilir".
 



Xəbər xətti