Müdafiə naziri: HAMAS tərksilah edilməsə, İsrail onu məhv edəcək

20:00 4 Fevral 2026

İsrailin müdafiə naziri İsrael Kats HAMAS-ı hədələyib.
 
Kats deyib ki, HAMAS razılaşdırılmış çərçivəyə uyğun olaraq tərksilah edilməsə, İsrail onu və onun bütün imkanlarını məhv edəcək.
 
Müdafiə naziri İsrailin HAMAS-ı tərksilah etməkdə "qətiyyətli" olduğunu bəyan edib:
 
"Bütün girovlarımızı geri qaytarmaq məqsədimizə çatdıqdan sonra HAMAS-ın tərksilah edilməsini və Qəzzanın tam silahsızlaşdırılmasını tamamlamaq əzmindəyik".
 
\APA



Xəbər xətti