İki gün ərzində Bakıda 78 ağac sınıb

09:45 5 Fevral 2026

İki gün ərzində Bakı şəhərində davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağacın sınması, 40 ağacın budaqlarının qırılması qeydə alınıb.

Bu barədə Sitat.info-ya Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, bu günlərdə gücləndirilmiş iş rejimində çalışan Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülüb və ərazi təmizlənib.



Xəbər xətti