Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı İlham İsmayılov bir neçə ildir boş qalan I müavin postuna təyinat aparıb.
“Sitat.info” xəbər verir ki, bu barədə jurnalist Esmira Hidayətova məlumat yayıb.
O bildirib ki, bu vəzifəyə şəhərdə tanınmış şəxslərdən olan Məhluqə Cavadova təyin olunub.
Xatırladaq ki, M.Cavadova bu təyinadək başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2014-cü ildən bu vəzifəni icra edirdi. Yeni struktur dəyişikliyi nəticəsində həmin vəzifə ləğv edilib.
Onu da qeyd edək ki, daha əvvəl M.Cavadovanın Mingəçevirdə klinika sahibi olmasına dair məlumatlar yayılıb.