Naxçıvanda qarın hündürlüyü 89 sm-ə çatıb.
Sitat.info xəbər verir ki, Kükü kəndində ümumi qar örtüyünün hündürlüyü 39 sm, Biçənək ərazisində 24 sm təşkil edir. Parağacay Qar Uçqunu Stansiyası ərazisində isə qarın hündürlüyü 35 sm, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə 89 sm qeydə alınıb.
Qeyd edək ki, hazırda yağıntılar dayanıb.