ABŞ və Rusiya hərbi idarələr arasında yüksək səviyyəli dialoqu bərpa etmək barədə razılığa gəlib.
Bu barədə ABŞ-ın Avropa Komandanlığı məlumat yayıb.
Məlumata görə, razılaşma iki ölkənin hərbi nümayəndələri arasında Əbu-Dabidə keçirilən görüşdə əldə olunub.
"Rabitə kanalı davamlı olaraq iki ölkənin hərbi rəhbərliyi arasında əlaqəni təmin edəcək”, - komandanlıqdan bildirilib.
Qeyd edək ki, ABŞ və Rusiya hərbi idarələri arasında yüksək səviyyəli əlaqə 2021-ci ildə dayandırılıb.