Bu 6 peşə sahiblərinə şad xəbər: Şengen vizası ala bilərsiniz

18:26 5 Fevral 2026

Avropa Komissiyası iqtisadi böhranı aradan qaldırmaq və ixtisaslı işçi qüvvəsini cəlb etmək üçün viza qaydalarını yumşaldır.
 

Sitat.info xəbər verir ki, bu barədə "Express" nəşri məlumat yayıb.

 
Bildirilib ki, bu çərçivədə 6 strateji əhəmiyyətli peşə qrupu üçün Şengen bölgəsində 90 günlük qalma limitinin uzadılması və ikitərəfli müqavilələr əvəzinə vahid Aİ sisteminə keçid planlaşdırılır.
 
Bu qrupa isə qastrol səfərlərində olan sənətçilər, beynəlxalq tədbirlərində iştirak edən idmançılar, sərhədyanı layihələrdə çalışan mütəxəssislər, Aİ sənaye və xidmət sektorlarını dəstəkləyən işçilər, Aİ ölkələrinə xidmət göstərən yük maşını və logistika sürücüləri, regional layihələrdə çalışan məsləhətçilər daxildir.



Xəbər xətti