Yunanıstan Baş naziri Kiriakos Mitsotakis bu ay Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.
Məlumata görə, Yunanıstan Baş naziri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 11 fevralda Ankaraya səfər edəcək, Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VI iclasına qatılacaq.
Bildirilib ki, iclasda Türkiyə-Yunanıstan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək, iki qonşu ölkə arasında əməkdaşlığın inkişaf imkanları müzakirə olunacaq.
Eyni zamanda, ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal proseslər barədə fikir mübadiləsi aparılacaq, bır sıra sənədlər imzalanacaq.
\apa