Uitkoff: Ukrayna və Rusiya 314 hərbi əsiri dəyişmək barədə razılığa gəlib

19:13 5 Fevral 2026

Bu gün ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri 314 hərbi əsirin mübadiləsi ilə bağlı razılığa gəlib.
 
Bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff "X”-də bildirib.
 
"Bu nəticə ətraflı və məhsuldar sülh danışıqları nəticəsində əldə edilib. Bu cür mühüm addımlar göstərir ki, davamlı diplomatik fəaliyyət real nəticələr verir və Ukraynadakı müharibənin sonlanmasına doğru irəliləyir”, - o qeyd edib.
 
Uitkoff danışıqların davam etdiriləcəyini və yaxın həftələrdə əlavə irəliləyişlərin gözlənildiyini vurğulayıb.
 
\apa



Xəbər xətti