İrana ultimatum: Üç il müddətində...

20:26 5 Fevral 2026

Qətər, Türkiyə və Misir vasitəçiləri İranla ABŞ arasında danışıqlar üçün yeni çərçivə təklif ediblər.

Sitat.info Bakupost.az-a istinadla xəbər verir ki, təklifə əsasən, İran üç il müddətinə uranın zənginləşdirilməsini tam dayandırmalı, daha sonra isə bu proses maksimum 1,5 faiz səviyyəsində aparılmalıdır. Hazırda mövcud olan zənginləşdirilmiş uran ehtiyatları isə üçüncü tərəfə təhvil verilməyəcək.

Plan həmçinin ballistik raketlərin istifadəsinə məhdudiyyətlər, İranın regiondakı müttəfiqlərini silahlandırmasının dayandırılması və Tehranla Vaşinqton arasında mümkün hücum etməmək sazişini də əhatələyir.

Bundan əlavə, ABŞ İranın İsrailə qarşı hədələri dayandırmasını, son həbslərdən sonra daxili repressiyaları yumşaltmasını və Çinlə enerji əlaqələrini kəsməsini tələb edir.

Məlumata görə, təklif olunan plan üzrə danışıqlar sabah Omanda keçiriləcək. Görüşdə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Arakçı iştirak edəcək.



Xəbər xətti