“7 baldan yuxarı zəlzələ olacaq” – Qorxunc proqnoz

16:36 6 Fevral 2026

Zəlzələ üzrə mütəxəssis Prof. Dr. Haluk Eyidoğan Mərmərə dənizində baş verməsi gözlənilən 7 və daha böyük gücdə zəlzələnin yalnız İstanbul deyil, Mərmərəyə sahili olan 7–10 vilayəti əhatə edəcəyini bildirib.

“Yeni Sabah” xəbər verir ki, mütəxəsisisn sözlərinə görə, bu səbəbdən proses “İstanbul zəlzələsi” deyil, “Mərmərə zəlzələsi” kimi dəyərləndirilməlidir.

Tekirdağda keçirilən “Fəlakətlərə Davamlı Tekirdağ Seminarı”nda çıxış edən Eyidoğan, böyük zəlzələlərin regional xarakter daşıdığını, dağıntıların isə təkcə fay xətti ilə izah edilə bilməyəcəyini vurğulayıb.

O qeyd edib ki, yanlış planlaşdırma və keyfiyyətsiz tikinti böyük risk yaradır və Mərmərədə baş verəcək güclü zəlzələ Türkiyəyə sosial-iqtisadi baxımdan ciddi təsir göstərəcək.



Xəbər xətti