Ağcabədidə 16 yaşlı bacısını qətlə yetirən yeniyetməyə hökm oxunub

18:12 6 Fevral 2026

Ağcabədidə bacısını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməyə hökm oxunub.
 
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə çıxarılan hökmə əsasən, təqsirləndirilən T.M-nin yetkinlik yaşına çatmadığı əsas gətirilərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, hadisə ötən il Ağcabədi rayonunda baş verib. Ailə münaqişəsi zəminində T.M. 16 yaşlı bacısı F. M-ni kəsici-deşici alətlə qətlə yetirib.
 
Ona Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
 
\apa



Xəbər xətti