QRU rəisinin müavininə sui-qəsd cəhdində qadın şübhəli bilinir

18:47 6 Fevral 2026

Moskvada Rusiya Silahlı Qüvvələri Baş Kəşfiyyat İdarəsi (QRU) rəisinin müavini Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdində qadın şübhəli bilinir.
 
Bu barədə "Kommersant” nəşri məlumatlı mənbəyə istinadən məlumat yayıb.
 
Bildirilib ki, hazırda generalı güllələyən şəxsin axtarışı aparılır.
 
Nəşr sui-qəsd cəhdinin baş verdiyi Volokolamskoye şosesindəki yaşayış binasının yaxınlığından görüntüləri də yayıb.
 
Qeyd edək ki, Alekseyevə qarşı sui-qəsd cəhdi Moskvanın şimal-qərbində baş verib. Naməlum şəxs onu güllələyib. Yaralanan general xəstəxanaya yerləşdirilib. Müstəntiqlərin sözlərinə görə, 6 fevral 2026-cı ildə Moskvanın Volokolamskoye şosesindəki yaşayış binasında hələlik şəxsiyyəti məlum olmayan bir şəxs Müdafiə Nazirliyinin əməkdaşına bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb.
 
Rusiya İstintaq Komitəsi qəsdən adam öldürməyə cəhd və odlu silahın qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi açıb.
 
\apa



Xəbər xətti