ABŞ-la danışıqlar müsbət məcrada keçib.
Sitat.info xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Arakçı bildirib.
O, danışıqları “yaxşı başlanğıc” adlandırıb:
“Danışıqların davamı barədə razılıq əldə etdik”.
Nazir danışıqların yeri və vaxtı barədə müzakirələrdən sonra müəyyən ediləcəyini vurğulayıb.
Qeyd edək ki, bu gün Omanda ABŞ və İran nümayəndələri arasında danışıqlar keçirilib
///Bakupost.az