Masallıda “Mercedes”lər toqquşdu - Ölən var

20:46 6 Fevral 2026

Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki hadisə rayon mərkəzindəki Dadva küçəsində qeydə alınıb.

İki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada 1995-ci il təvəllüdlü Vəli Hətəmzadə və 1947-ci il təvəllüdlü Qardaş Fətullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qəza nəticəsində hər iki sürücü rayon xəstəxanasına hospitalizasiya olunub. Lakin vəziyyəti ağır olan Q. Fətullayev daha sonra yerləşdirildiyi özəl klinikalardan birində vəfat edib.

Qeyd edək ki, Q. Fətullayev “Masallı Ziyalıları” İctimai Birliyinin sədridir.

Faktla bağlı araşdırma aparılır.

//Qafqazinfo 



Xəbər xətti