ABŞ David Alleni Ermənistana müvəqqəti işlər vəkili təyin edib. Sitat.info xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb. Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinnin ötən ay Ermənistanda səlahiyyət müddəti başa çatıb. Devid Allen isə 2024-cü ildən ABŞ-ın İrəvandakı səfirliyində missiya rəhbərinin müavini vəzifəsini tutub.