Diplomatiyaya üstünlük verilərsə, razılaşma mümkündür - Əraqçi

11:25 25 Fevral 2026

 İranın xarici işlər naziri Abbas Əraqçi İranın davam edən danışıqlarda ABŞ ilə razılığa gələ biləcəyini bildirib və diplomatiyaya üstünlük verilməsinin vacib olduğunu əlavə edib.

Sitat.info bu barədə İRNA-ya istindən məlumat verir.

Əraqçi bildirib ki, İran əvvəlki raundda əldə edilən razılaşmalara əsasən, ədalətli və bərabər razılaşmaya nail olmaq üçün qəti iradəsini nümayiş etdirərək Cenevrədə ABŞ ilə danışıqları mümkün qədər tez bərpa edəcək.

Əsas mövqeyinin aydın olduğunu vurğulayan Əraqçi bildirib ki, İran heç bir halda nüvə silahı inkişaf etdirməyəcək. Bununla belə, o, əlavə edib ki, İran xalqı dinc nüvə texnologiyasının verdiyi imkanlardan faydalanmaq hüququndan heç vaxt imtina etməyəcək.

Əraqçi bildirib ki, qarşılıqlı narahatlıqları həll edəcək və ortaq maraqları təmin edəcək misli görünməmiş bir razılaşma üçün tarixi bir fürsət var və əlavə edib: "Razılığa çatmaq mümkündür; lakin bu, yalnız diplomatiyaya üstünlük verildikdə baş verə bilər".

Nigar,

Sitat.info

 



Xəbər xətti