İran və ABŞ arasında nüvə proqramı ilə bağlı gərginlik fonunda rəsmi Tehran Vaşinqtonla mümkün qədər tez razılığa gəlmək istədiyini bəyan edib.
Sitat.info xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi NPR radiosuna müsahibəsində ölkəsinin lazımi addımları atmağa hazır olduğunu bildirib.
Diplomat qeyd edib ki, İran tərəfi sanksiyaların ləğvi və nüvə məsələsinin həlli üçün hər şeyi etmək niyyətindədir.
Xarici işlər naziri Seyid Abbas Əraqçi isə bildirib ki, yeni saziş həm nüvə proqramının dinc xarakterini təmin etməli, həm də sanksiyaların aradan qaldırılmasını əhatə etməlidir.
Qeyd edək ki, Tehran Cenevrədə keçirilən danışıqlarda zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini Rusiyaya göndərməyi və fəaliyyətləri üç il müddətinə dayandırmağı təklif etsə də, Tramp administrasiyası proqramın tamamilə ləğvini tələb edir.