Qalibaf: Biz amerikalılara bütün variantların masada olduğunu bildirmişik

19:00 25 Fevral 2026

Biz dəfələrlə bildirmişik ki, İran nüvə silahı axtarmayıb, axtarmır və axtarmayacaq”.
 
Bu barədə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bildirib.
 
Onun sözlərinə görə, "İranın Ali Rəhbəri, siyasi və hərbi rəsmilər də bu məsələni açıq şəkildə dəfələrlə bildiriblər, lakin buna baxmayaraq, düşmənlərin təhdidləri və səhv davranışları davam edir”.
 
Qalibaf bütün variantların, o cümlədən "ləyaqətli diplomatiya” və "təəssüf doğuran müharibə”nin masada olduğunu vurğulayıb.
 
"Diplomatiya masası seçilərsə və İranın ləyaqəti, qarşılıqlı maraqlarına hörmət edilərsə, biz də həmin masanın arxasındayıq. Sabah danışıqların üçüncü mərhələsi keçiriləcək”, - Məhəmməd Baqer Qalibaf əlavə edib.
 
Parlamentinin spikeri xəbərdarlıq edib ki, ABŞ davam edən danışıqlar zamanı hərbi əməliyyatlar keçirsə, İran qəti şəkildə cavab verəcək.
 
APA



Xəbər xətti