40 ağacı kəsdiyinə görə cinayət işi başladı - Foto

19:23 25 Fevral 2026

Oğuz rayonunun Muxas kəndində yerləşən meşə massivində 40 ədəd müxtəlif növ ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

Sitat.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən kənd sakini, 30 yaşlı Pərvin Salamov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




Xəbər xətti