Monteneqro və Şimali Makedoniya prezidentləri Yakov Milatoviç və Qordana Silyanovska-Davkova Azərbaycana səfər edəcəklər.
Sitat.info Report-a istinadən xəbər verir ki, səfərlər mart ayında baş tutacaq.
Onlar Bakıda 12-14 mart tarixlərində keçiriləcək XIII Qlobal Forumda iştirak edəcəklər.