Baş nazir Viktor Orban Macarıstanda kritik enerji infrastrukturunun mühafizəsinin gücləndirilməsinə göstəriş verib.
Bu barədə Orban sosial şəbəkə hesabında bildirib.
"Ukrayna hökuməti neft blokadası ilə Macarıstan və Slovakiya hökumətlərinə təzyiq göstərir. Ukrayna bununla da dayanmayacaq. Onlar Macarıstanın enerji sisteminin funksionallığına daha çox mane olmaq üçün hazırlıqlar görürlər. Macarıstana hədə-qorxu gəlmək olmaz!”, - Orban vurğulayıb.
Qeyd edək ki, Macarıstan və Slovakiyaya neft tədarükü üçün həyati əhəmiyyət daşıyan "Drujba” boru kəməri fəaliyyətini dayandırıb. Ukrayna bunun Rusiyanın hücumları nəticəsində baş verdiyini iddia edir. Macarıstan və Slovakiya isə neft tədarükünün Ukrayna tərəfindən qəsdən dayandırıldığını açıqlayıb.
\APA