AAYDA əməkdaşları 20 gündür niyə maaş ala bilmir? - RƏSMİ REAKSİYA

10:54 26 Fevral 2026

Xəbər verdiyimiz kimi, AAYDA-nın tabeliyində olan Avtomobil Yolları Mühafizə Xidmətinin əməkdaşları 20 gündür ki, maaşlarını ala bilmirdilər və bununla bağlı şikayətlərini Sitat.info-ya bildirmişdilər. 

Şikayətçilər açıqlamalarında bu durumun AAYDA-da rəhbər dəyişikliyindən sonra baş verdiyini qeyd etmişdilər.

Məsələ ilə bağlıAAYDA-nın mətbuat xidmətinə göndərdiyimiz sorğuya  cavab olaraq bildirildi ki, köçürülmə prosesində hər hansı problem yaranmayıb: "Maaş məsələsi ilə bağlı hər hansı bir problem mövcud deyil. Ödənişlərin hesablanması və köçürülməsi prosesi qaydalara uyğun şəkildə həyata keçirilir".

Onu da bildirək ki, Avtomobil Yolları Mühafizə Xidmətinin əməkdaşları şikayətlərinin Sitat.info-da dərc olunmasından sonra fevralın 25-də maaşlarının köçdüyü barədə məlumat verdilər. 

Tehran,

Sitat.info



Xəbər xətti