ŞOK İDDİA: “Cavanşir Feyziyev cinayətkar şəbəkənin əli ilə Latviya və Estoniya üzərindən Londona pul qaçırır”

19:48 7 Fevral 2022

“Cavanşir Feyziyev cinayətkar şəbəkənin əli ilə Latviya və Estoniya üzərindən Londona pul qaçırır”

Sitat.info xəbər verir ki, bu sözləri “Xural tv”nin rəhbəri Əvəz Zeynallı “Tv Musavat”ın efirində deyib.

“Cavanşir Feyziyev fırıldaqçılıq vasitəsilə ölkədən Latviya və Estoniya üzərindən böyük bir cinayət şəbəkənin əli ilə milyonları Londona çatdıran adamdır. Söhbət 5.6 milyon funtsterliqdən getmir. Bu pullar onun üçün heçnədir. 15-20 milyon manat Cavanşir Feyziyev üçün kiçik bir məbləğdir. Təsəvvür edirsiniz, bu adamın 100 milyonlarla pulu var. Cavanşir Feyziyev sənə biz sübut edəcəyik ki, sən bir manatı belə alın təri ilə qazanmamısan. Saçın ağarıb, ancaq ağsaqqal deyilsən.Dövlət bu məsələdə bizə sahib çıxmalıdır. Cavanşir Feyziyevi “Avromed” şirkətindən qovublar, siqaret monopoliyasını əlindən alıblar. Bu da acığını bizdən çıxır”.

Sitat.info



Xəbər xətti