Quterreş Beyruta getdi: “Livan xalqı bu müharibəni seçməyib”

16:08 13 Mart 2026

Bu gün BMT-nin baş katibi Antonio Quterreş Livan xalqına dəstək nümayiş etdirmək məqsədi ilə Beyruta səfər edib.

Sitat.info xəbər verir ki, o, səfərlə bağlı “X” hesabındakı paylaşımında Livan xalqı ilə həmrəy olduğunu bildirib.

“Mən Livan xalqı ilə həmrəylik ifadə etmək üçün Beyruta endim. Onlar bu müharibəni seçmədilər. Onlar müharibəyə cəlb edildilər. BMT və mən Livanın və bölgənin layiq olduğu dinc gələcək üçün əlimizdən gələni edəcəyik”, – deyə Quterreş qeyd edib.

Aytac,

Sitat.info



Xəbər xətti