“Mən anlaya bilmirəm, deputat niyə bizneslə məşğul olmalıdır. Dövlətin qanunverici orqanıdır, niyə öz işi ilə məşğul olmur?”.
Sitat.info xəbər verir ki, bu sözləri APA TV-ni efirində AĞ partiya başqanı Tural Abbaslı səsləndirib.
Verilişdə qonaq olan deputat Cavanşir Məmmədov Tural Abbaslının deputatlar barəsində dediyi bəzi fikirlərlə razılaşmayıb. Canlı yayında Tural Abbaslı ilə Cavanşir Məmmədov arasında mübahisə düşüb.
Daha sonra Tural Abbaslı Cavanşir Feyziyevin qanunsuz əməllərindən və jurnalistlər haqqında işlətdiyi təhqiramiz ifadələrdən danışıb. Verilişdə qonaq olan Çingiz Qənizadə də Tural Abbaslını dəstəkləyərək, Cavanşir Feyziyevin böyük səhv etdiyini bildirib.
Sitat.info