İran ABŞ-nin danışıqlar təklifini rədd etdi: 5 şərt irəli sürdü

09:48 26 Mart 2026

Tehran müharibəni dayandırmaq üçün 5 sərt şərt irəli sürüb.

Sitat.info xəbər verir ki, İran ABŞ-nin vasitəçilər yolu ilə göndərdiyi təklifləri "aldadıcı" və "reallıqdan uzaq" hesab edir.

Rəsmi Tehran hesab edir ki, ABŞ əvvəlki danışıqlardan (2025-ci ilin yaz və 2026-cı ilin qışındakı görüşlərdən) sadəcə vaxt qazanmaq və hücum hazırlamaq üçün istifadə edib.

İran bəyan edir ki, yalnız 5 şərt yerinə yetirildiyi halda döyüşləri dayandıracaq:


1. Hücumların və sui-qəsdlərin dayandırılması: Düşmən tərəfindən hər növ hərbi təcavüzə son qoyulmalıdır.

2. Təhlükəsizlik təminatı: Müharibənin bir daha təkrarlanmayacağına dair real və obyektiv zəmanətlər verilməlidir.

3. Müharibə təzminatı: Dəymiş ziyanın ödənilməsi və qəti şəkildə həlli təmin edilməlidir.

4. Regional atəşkəs: Müharibə yalnız İran üçün deyil, regiondakı bütün proksi qüvvələr üçün bütün cəbhələrdə eyni vaxtda bitməlidir.

5. Hörmüz boğazı üzərində suverenlik: İranın Hörmüz boğazı üzərindəki hüquqları tanınmalı və bu, qarşı tərəfin öhdəliklərinə əməl etməsi üçün bir təminat vasitəsi kimi qəbul edilməlidir.
İran vurğulayır ki, müharibənin nə vaxt bitəcəyinə Tramp deyil, İran özü qərar verəcək. Tehran bu məsələdə tələsmədiyini və uzunmüddətli müdafiəyə hazır olduğunu nümayiş etdirir.

Tehran,

Sitat.info

 



Xəbər xətti