Vaşinqton İran müharibəsinin son mərhələyə yaxınlaşdığını düşünür - Rubio

13:29 1 Aprel 2026

Vaşinqton artıq beşinci həftəsinə daxil olan İran müharibəsində “son xətti” görə bilir. Eləcə də münaqişədən sonra ABŞ-ın NATO ilə münasibətlərinə yenidən baxması lazım ola bilər.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Marco Rubio  Rubio Hannity proqramına müsahibəsində deyib: “Biz son xətti görə bilirik. Bu, nə bu gün, nə də sabahdır, amma yaxınlaşır”

Məlumata görə, müharibə fevralın 28-də ABŞ və İsrailin İrana hücumu ilə başlayıb. Tehran buna cavab olaraq İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Körfəz ölkələrinə qarşı hücumlar həyata keçirib.

Hazırda davam edən qarşıdurma regionda gərginliyi artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində də mühüm dəyişikliklərə səbəb ola biləcək bir mərhələyə daxil olub.

Nigar,

Sitat.info 



Xəbər xətti