Ankaranın əməliyyat siqnalı verməsi ilə Suriyanın şimalında hərbi fəallıq artıb. Bu dəfə rusların hava hücumundan müdafiə sistemi yerləşdirdiyi Kamışlıda ABŞ əsgərləri peyda olub.
Belə ki, Finlandiya və İsveçin NATO üzvlüyünə veto qoyan Türkiyə, may ayının sonunda Suriyada YPG-nin nəzarətində olan əraziləri hədəf alan yeni hərbi əməliyyata başlayacağına işarə edib.
Mayın 23-də keçirilən kabinet iclasından sonra prezident Rəcəb Tayyib Ərdoğan kameralar qarşısına da Suriyada yeni əməliyyatlara başlayacağını deyib.
“30 dərinlikdə təhlükəsiz zona yaratmaq üçün həyata keçirdiyimiz işlərin çatışmayan qismi ilə bağlı da yeni addımlar atmağa başlayırıq. Bu işlər kilometrlərlə cənub sərhədlərimizi əhatə edir”.
Televiziyalarda canlı yayımlanan açıqlamalardan sonra təkcə region ölkələrinin deyil, bütün dünyanın diqqəti Suriyaya yönəlib. Ankara qərbdə Mənbicdən şərqdə Qamışlıya qədər uzanan və hazırda PKK-nın Suriya qolu olan terror təşkilatı YPG-nin nəzarətində olan sərhəd xəttinin tamamilə terrorçulardan təmizlənməsini istəyir. Yalnız Rəsuleyn və Tel Abyad arasındakı ərazi Türkiyənin dəstəklədiyi Suriya müxalifətinin nəzarəti altındadır.
Bu sözlərdən sonra YPG terrorçuları dərhal Bəşər Əsəddən kömək istəyib. Suriya ordusu birlikləri ilə əməkdaşlıq edəcəklərini açıqlayan YPG terrorçuları Türkiyəyə cavab verəcəklərini iddia ediblər.
Bölgədəki son durumu işıqlandıran AFP ötən həftə Afrində parad keçirən Suriya silahlı müxalifətinin şəkillərini keçib. Fotolarda onlarla avtomobilin olduğu konvoy diqqət çəkib.
Prezident Ərdoğanın açıqlamalarından sonra Fransanın AFP xəbər agentliyi, mayın 26-da Hasəkənin şərqindəki Rumeylan neft bölgəsinə nəzarət edən ABŞ konvoyunun fotolarını təqdim edib.
Bu zaman ABŞ əsgərləri Türkiyə sərhədinin dibində terrorçularla poza verib. Bu gün isə AFP Türkiyə sərhədinin 3 kilometrliyində, Kamışlıda ABŞ əsgərlərinin şəklini çəkib. Qamışlının kəndlərindən birində çəkilən amerikalı əsgərlərin YPG terrorçuları ilə birlikdə zirehli texnika ilə təhlükəsizliyə nəzarət etdiyi bildirilir.