Bakıda dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO

13:00 8 Fevral 2022

Bakıda dünən dəhşətli yol qəzası baş verib.

Musavat.com xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində yerləşən Hövsan yolunda qeydə alınıb.

Qəza zamanı 161 nömrəli sərnişin avtobusu ilə “Oka” markalı minik avtomobili toqquşub.

Nəticədə minik avtomobilində olan iki nəfər sıxılmış vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan iki nəfər çıxarılıb və adiyyəti üzrə təhvil veriliblər.



Xəbər xətti