"Azərbaycan məhkəmələri azad deyil, cinayətkar belə haqlı görünür. Çox təssüflər olsun ki, məhkəmələr bu qədər ədalətsizdir. Ədalətsiz məhkəmədə də cinayətkarın haqqı pozulmuş kimi görünür". Bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə "Reaksiya TV" nin efirində helikopter qəzasından danışarkən səsləndirib.
Partiya sədri helikopter qəzası ilə bağlı istintaqın yenidən başladılması ilə bağlı Baş prokuror Kamran Əliyevə şəxsən müraciət ünvanladığını bildirib.
Sitat.info İqbal Ağazadənin həmin çıxışını təqdim edir.