Lavrovun hiyləgər Xankəndi planı: Tanınmış siyasətçi onu belə ifşa etdi 

18:22 14 İyun 2022

“Lavrov erməniləri həvəsləndirir, onlara vəd verir”

Bu sözləri ADP sədri Sərdar Cəlaloğu SİTAT.İNFO-ya açıqlamasında bildirdi.

Partiya sədri Lavrovun Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına hər vəchlə mane olduğunu dedi: 

“Rusiya Ukrayna ilə problemini həll etməyənə qədər Azərbaycanla Ermənistanın sülh müqviləsinin imzalanmasına imkan verməyəcək. Lavrov Ermənistana gəlir, orada ona Fərrux kəndi ilə bağlı sual verirlər. Deyir ki, Azərbaycanla Ermənistanın delimitasiya və demarkasiya məsələsi vaxtı Fərrux məsələsi də həll olacaq. 

Sərdar Cəlaloğlu "hakimiyyətə işləyirsiniz" iddiasına belə cavab verdi Sitat .info

Mən başa düşmürəm, Xankəndi iqtisadi zonası Azərbaycanın daxilində bir beynəlxaq zonadır? Nə Rusiya, nə Ermənistan, nə də başqa bir ölkə bununla bağlı nəsə deyə bilməz. Çünki bu bizim daxili işimizdir, daxili ərazilərimizdir". 

S. Cəlaloğlunun fikrincə, Rusiya çalışır ki, Xankəndi iqtisadi zonasını beynəlxalq hüququn predmetinə çevirsin: "Hamı bilir ki, əgər Xankəndi iqtisadi zonası sərhədlərin müəyyən probleminə impliksiya olacaqsa, Azərbaycan heç vaxt sülh imzalanmasına razılıq verməyəcək. Biz heç vaxt imkan verməyəcəyik ki, Xankəndi o kontekstdə müzakirə olunsun. O zaman Azərbaycanla Ermənistan arasında sülh müqviləsi olmayacaq. Lavrov da bunu istəyir. Lavrov erməniləri həvəsləndirir, vəd verir”.

Ləman Xaqani,
SİTAT.İNFO



Xəbər xətti