Anastasiya Luçkina sosial şəbəkələrdə yayılan görüntülərə görə qalmaqalla üzləşib.
Sitat.info xəbər verir ki, rusiyalı idmançının nəsli kəsilməkdə olan oranqutana elektron siqaret verdiyi anlar geniş müzakirələrə səbəb olub.
Kadrlarda heyvanın elektron siqaretdən istifadə etməsi izləyicilər tərəfindən sərt tənqid edilib.
Baş verən hadisədən sonra boksçunun çıxış etdiyi komanda onunla yollarını ayırmaq qərarı verib. Rəhbərlik idmançının davranışının qəbuledilməz olduğunu bildirib.
Heyvansevərlər və sosial media istifadəçiləri də görüntülərə kəskin reaksiya verərək vəhşi heyvanlarla bu cür davranışın yolverilməz olduğunu vurğulayıblar.
Qeyd edək ki, oranqutanlar dünyada nəsli kəsilmək təhlükəsi altında olan canlılar sırasında yer alır.