Kriptovalyuta bazarında son sutkada əsas aktivlərdə eniş müşahidə olunub.
Sitat.info xəbər verir ki, “CoinMarketCap”də “Bitcoin”in qiyməti son 24 saatda 1,63% azalaraq 79 552 dollara düşüb. “Ethereum”un qiyməti isə 1,87% azalaraq 2 279 dollara, BNB-nin qiyməti isə 0,55% azalaraq 639,6 dollara enib.
Qızılla bağlı rəqəmsal aktivlərdə əksinə, artım qeydə alınıb. “PAX Gold”un qiyməti 0,46% artaraq 4 710 dollara, “Tether Gold”un qiyməti isə 0,42% yüksələrək 4 708 dollara çatıb.
Digər kriptovalyutalar arasında “Bitcoin Cash”in qiyməti 2,44%, “Monero”nun qiyməti isə 4,60% azalıb. “Zcash” isə 6,11% bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması da ümumilikdə 0,75% azalaraq 2,66 trilyon dollara enib.
Analitiklərə görə, bazarda azalmanın əsas səbəbi investorların riskli aktivlərdən çıxaraq təhlükəsiz alətlərə, xüsusilə qızıl və qızıla indekslənmiş tokenlərə üstünlük verməsi, həmçinin Yaxın Şərqdə ABŞ–İran gərginliyi fonunda qeyri-müəyyənliyin artması ilə bağlıdır.