Avtomobil 1-ci sinif şagirdini vurub öldürdü

09:48 8 May 2026

Yevlaxda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.

Sitat.info xəbər verir ki, V. Mustafayev idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə Yevlax şəhəri ərazisində hərəkətdə olarkən 2019-cu il təvəllüdlü piyada Misirxan Murad oğlu Rəsulovu vurub.

Orta məktəbin 1-ci sinif şagirdi olan Misirxan aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.



Xəbər xətti