Dərnəgül dəmiryol dayanacağı istifadəyə verilib.
“Sitat.info” xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, Layihə “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.
Bakı-Xırdalan-Sumqayıt xətti üzərində inşa edilən Dərnəgül dayanacağı sərnişinlərin təhlükəsizliyini və rahatlığını maksimum səviyyədə təmin etmək üçün ən müasir infrastruktur standartlarına və tam inklüzivlik prinsiplərinə uyğun layihələndirilib.
Bakı-Dərnəgül, Dərnəgül-Biləcəri və Dərnəgül-Xırdalan istiqamətləri üzrə gediş haqqı 0.60 AZN, Dərnəgül-Sumqayıt istiqaməti üzrə isə 1 AZN təşkil edəcək.
Qatarlar Bakı Dəmiryol Vağzalından Dərnəgül dayanacağına və əks istiqamətə məsafəni 10 dəqiqə, Dərnəgül-Biləcəri və Biləcəri-Dərnəgül üzrə 8 dəqiqə, Dərnəgül-Xırdalan və Xırdalan-Dərnəgül istiqaməti üzrə məsafəni isə 15 dəqiqəyə qət edəcək.