Ukrayna dronlarının Cənubi Rusiya Hava Naviqasiyası şöbəsinin binasına zərbə endirməsindən sonra Rusiyanın cənubundakı 13 hava limanı müvəqqəti olaraq dayandırılıb.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat verib.
Bundan əlavə Rostov vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində 20 fərdi ev və üç avtomobilə ziyan dəyib.
Nazirlik bildirib ki, dron hücumu ölkənin cənubunda hava hərəkətinin idarə olunmasından məsul olan Rostov-na-Donu bölgəsindəki regional mərkəzdə düzəlişlər etməyə məcbur edib. Nazirliyin məlumatına görə, işçilər təhlükəsizdir və mütəxəssislər avadanlıqların düzgün işləməsini yoxlayırlar.
Həştərxan, Vladiqafqaz, Volqoqrad, Gelendjik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista hava limanlarının fəaliyyətini müvəqqəti olaraq dayandırılıb. Hava limanının iş saatları ilə bağlı yeni məlumatların Moskva vaxtı ilə saat 11:00-da dərc olunması planlaşdırılır.
Aytac,
Sitat.info