Xırdalanda yol kənarında ağacların kütləvi şəkildə məhv edilməsi ilə bağlı videolar sosial şəbəkələrdə paylaşılıb və narazılığa səbəb olub.
Sitat.info olaraq, məsələni dəqiqləşdirmək üçün Abşeron RİH-in mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli ilə əlaqə saxladıq.
O bildirdi ki, sözügedən ərazidə AAYDA tərəfindən magistral yol salınır: "Ağacların köçürülməsi ilə bağlı onlarda dövlət qurumundan rəy var. Layihə və görülən işlərlə bağlı AAYDA-dan məlumat ala bilərsiniz".
Öyrəndik ki, bu istiqamətdə təzə M4 yolunun inşası aparılır və tıxacların aradan qaldırılması məqsədilə yeni yol çəkilir.
Məğrur,
Sitat.info