Kəşfiyyat Trampa İranla bağlı səhv məlumat verir - Arakçı

16:13 8 May 2026

Diplomatik həll yolu hər dəfə masada olanda, ABŞ yenə düşünülməmiş hərbi avantüraya əl atır.

Sitat.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı özünün X səhifəsində yazıb.

“Bu, kobud təzyiq taktikasıdır? Yoxsa hansısa təxribatçının ABŞ prezidentini yenidən başqa bir bataqlığa sürükləməsinin nəticəsidir?

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) səhv edir. Raket inventarımız və buraxılış qurğularımızın sayı 28 fevralla müqayisədə 75% deyil, 120%-dir.

Səbəbi nə olursa-olsun, nəticə eynidir: iranlılar heç vaxt təzyiq qarşısında baş əymirlər”, - o qeyd edib.



Xəbər xətti