Rusiya Ukrayna ilə 1000 əsiri dəyişəcək

09:20 9 May 2026

“Əsas razılaşma ondan ibarətdir ki, 9–11 may tarixlərini əhatə edən atəşkəs dövründə hər iki tərəfdən min nəfər olmaqla əsir mübadiləsi həyata keçirilsin”.

Sitat.info xəbər verir ki, bunu  jurnalirtıərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib 

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında üç günlük atəşkəsin tətbiq olunacağını elan etmişdi. Yuri Uşakov qeyd edib ki, Trampın təşəbbüsünün məhz faşizm üzərində Qələbə Gününün 81-ci ildönümünə təsadüf etməsi vacib məqamdır.

O bildirib ki, Rusiya tərəfi 9–11 may tarixlərində atəşkəsə ABŞ prezidentinin administrasiyası ilə telefon əlaqələri zamanı razılıq verib.



Xəbər xətti