Bəhreyndə SEPAH-la əlaqəli 41 nəfər həbs edildi

14:24 9 May 2026

Bəhreyndə SEPAH-la əlaqəli 41 nəfər həbs edilib.

Sitat.info xəbər verir ki, bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi məlumat yayıb.

Həbs edilən şəxslər İrana casusluqda təqsirli bilinirlər.

Nazirlik həbs edilən 41 nəfərin SEPAH-ın Bəhreyndəki əsas fiqurları olduğunu açıqlayıb.

“Bu təşkilatın fəaliyyətlərində iştirak edən və qeyri-qanuni əməllər törədən istənilən şəxs barəsində lazımi tədbirlərin görülməsi üçün araşdırmalar davam edəcək”, - məlumatda qeyd olunub.



Xəbər xətti